Azərbaycan Kubokunun qalibi

Yalnız qələbələrlə gələn kubok

“Neftçi” kubok yarışlarına darmadağınla başladı. “Plastik” ilə 1/16 mərhələsinin ilk oyununda rəqibin qapısından 5 cavabsız top keçirən flaqman Salyandakı cavab matçında da qələbə qazandı – 3:2.

Komandamız sonrakı iki mərhələdə həmşəhərliləri olan “Bakı fəhləsi” (2:0, 4:1) və “İnşaatçı” (5:1, 3:0) ilə oyunlarda da problemlə üzləşmədi. Yarımfinalda daha bir Bakı klubu “Xəzri” müqavimət göstərsə də (2:1, 2:0), bu səddi də keçə bildi.

Yalnız “Kür-Nur”la final oyunu gərginliyi ilə seçildi. O dövrdə iddialı kluba çevrilən və mükafata həris olan Mingəçevir təmsilçisi bakılılarla sona qədər mübarizə apardı. Yalnız Yunis Hüseynovun oyunun sonuna yaxın cərimə zərbəsindən vurduğu qol “Neftçi”yə kuboku qazandırdı. Komanda kubokda məğlubiyyət acısı dadmadan 9 matçın hamısında qalib gəlməklə mükafata sahib çıxdı.