"Neftçi" yubiley günü saat 19:37-də meydana çıxacaq | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

"Neftçi" yubiley günü saat 19:37-də meydana çıxacaq

"Neftçi" yubiley günü saat 19:37-də meydana çıxacaq

Topaz Premyer Liqasının XXIII turu çərçivəsində keçiriləcək "Neftçi” – "İnter” oyunu klubumuzun 80 illik yubileyi gününə təsadüf edəcək. Mart ayının 18-də "Bakcell Arena”da baş tutacaq görüş simvolik olaraq saat 19:37-də start götürəcək. "Neftçi”nin 80 illik silsilə yubiley tədbirləri bununla da yekunlaşmayacaq. Oyunda azarkeşlərimiz "Neftçi”nin əzəmətli tarixinə nostalji səyahət edəcəklər. Yubiley tədbirləri ilə bağlı sosial şəbəkələrdə bir sıra layihələr təşkil olunacaq. Bu və ya digər sürprizlərə şahidlik etmək istəyən bütün azarkeşlərimizi stadiona dəvət edirik. Gəlin, 80 illik həyəcanı birgə yaşayaq.


Qeyd edək ki, bu komandaların əvəzedici heyətləri arasında oyun martın 17-də "Bayıl Arena”da keçiriləcək və saat 14:00-da başlanacaq.

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


ASAN


Acibadem


pwc


No To Racism