"Neftçi"nin 7 futbolçusu milli komandalarımızda | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

"Neftçi"nin 7 futbolçusu milli komandalarımızda

"Neftçi” PFK-nın 7 üzvü Azərbaycanın əsas, həmçinin 21 və 23 yaşadək futbolçulardan ibarət milli komandalarına dəvət olunub. Ruslan Abışov və Namik Ələskərov martın 26-da dünya çempionatının seçmə mərhələsi çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq Azərbaycan – Almaniya matçına dəvət olunublar.


Digər 5 futbolçumuz – Məqsəd İsayev, Rahil Məmmədov, Maksim Vaylo, Fəhmin Muradbəyli və Sənan Əlizadə isə 21 və 23 yaşadək futbolçulardan ibarət yığmamızın düşərgəsinə çağırılıblar. Komandamızın üzvləri martın 20-dən 25-dək yığmanın Bakıda təşkil olunacaq təlim-məşq toplanışına qatılacaqlar. Ayın 28-də isə U-21 yığmamız İstanbulda türkiyəli həmyaşıdları ilə yoldaşlıq oyunu keçirəcəklər.

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


ASAN


Acibadem


pwc


No To Racism