Elxan Abdullayev: "80 illik yubileyimizdə qələbə qazanmaq ikiqat vacib idi" | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

Elxan Abdullayev:

Elxan Abdullayev: "80 illik yubileyimizdə qələbə qazanmaq ikiqat vacib idi"

"Neftçi” PFK-nın baş məşqçisi Elxan Abdullayev Topaz Premyer Liqasının XXIII turunun "İnter” klubu ilə oyunundan sonra fikirlərini bildirib:


"Komandanın oyunundan, bütün futbolçuların çıxışından razı qaldım. Üstün tərəf biz idik və vacib qələbə qazandıq. Bu gün bizim üçün ikiqat əlamətdar gündür. 80 illik yubileyimizdə qələbə qazanmaq ikiqat vacib idi. Azarkeş dəstəyi möhtəşəm idi. Onlar sevinəndə mən də özümü xoşbəxt hiss edirəm. Kubok da bizim üçün çox vacibdir. Bundan sonra "Qarabağ”la oyun haqda düşünəcəyik”.

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


ASAN


Acibadem


pwc


No To Racism