Muzey və fanşop fəaliyyətə başladı | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

Muzey və fanşop fəaliyyətə başladı

Muzey və fanşop fəaliyyətə başladı

"Neftçi” PFK-nın muzey və fanşopu bu gündən fəaliyyətə başlayıb. Muzey və fanşop oyun və bazar günləri istisna olmaqla, hər gün saat 10:00-dan 18:00-dək fəaliyyət göstərəcək. Muzeyə girişin qiyməti 2 AZN-dir. 7 yaşadək uşaqların girişi ödənişsizdir.


Muzeydə "Neftçi”nin yaranma tarixi ilə bağlı maraqlı məlumatlar, şəkillər və həmin dövrlərə aid eksponatlar öz əksini tapıb. Girişdə klubun SSRİ çempionatlarında geyindiyi formalar və müstəqillik dövründə qazanılmış kuboklar ("Birlik kuboku”, çempionluq kuboku, ölkə kuboku) nümayiş etdirilir. Ziyarətçilər ikinci otaqda xalq komandasına dövlət qayğısı, Ulu Öndər Heydər Əliyevin "Neftçi”nin üzvləri ilə görüşü, prezident İlham Əliyevin komanda üzvlərini qəbul etməsi haqqında video və foto materiallarla tanış ola bilərlər.


Fanşopda isə azarkeşlər komandanın yay və qış mövsümlərinə uyğun geyimlərini, eləcə də rəmzi hədiyyələr ala bilərlər. Gələcəkdə fanşopdakı məhsulların çeşidi alıcıların tələb və təkliflərinə uyğun olaraq artırılacaq.



Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


ASAN


Acibadem


pwc


No To Racism