"Neftçi"nin futbolçuları millimizi İslam Oyunlarının finalına yüksəltdilər | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

"Neftçi"nin futbolçuları millimizi İslam Oyunlarının finalına yüksəltdilər

"Neftçi"nin futbolçuları millimizi İslam Oyunlarının finalına yüksəltdilər

Azərbaycan U-23 milli komandası IV İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib. Komandamız yarımfinal mərhələsində Əlcəzair yığmasına 2:0 hesabı ilə qalib gəlməklə buna nail olub. Hər iki qolu "Neftçi” PFK-nın üzvləri – Ruslan Abışov (39-cu dəqiqə) və Məqsəd İsayev (58-ci dəqiqə) vurublar.


Qeyd edək ki, bunadək Kamerun (0:0), Səudiyyə Ərəbistanı (2:0) və Mərakeş (0:0) yığmaları ilə qarşılaşmış milli komandamız final matçında Kamerun – Oman cütünün qalibi ilə görüşəcək. Həlledici oyun mayın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


ASAN


Acibadem


pwc


No To Racism