Bu gün Azərbaycanda Milli Qurtuluş Günü qeyd edilir | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

Bu gün Azərbaycanda Milli Qurtuluş Günü qeyd edilir

Bu gün Azərbaycanda Milli Qurtuluş Günü qeyd edilir

Azərbaycanda 15 iyun tarixi Milli Qurtuluş Günü kimi qeyd edilir. 1993-cü ilin yayında ölkəmizdə vətəndaş müharibəsi təhlükəsi yarandı. Vətənin belə ağır günündə xalq Naxçıvandan Azərbaycanın görkəmli oğlu Heydər Əliyevi Bakıya dəvət etdi. Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib, iyunun 9-da Bakıya gəldi. Heydər Əliyev çox az zamanda Azərbaycanda vətəndaş müharibəsinin qarşısını ala bildi. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə, 15 iyun tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Milli Məclis 1997-ci ilin iyununda bu günü bayram elan etdi. Bayramınız mübarək!

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


ASAN


Acibadem


pwc


No To Racism