"Neftçi" "Səbail"i məğlub etdi | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

"Neftçi" "Səbail"i məğlub etdi

"Neftçi” PFK-nın əvəzedici komandası təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib. Komandamız "Səbail” klubunun əvəzediciləri ilə qarşılaşıb. İsmət Qayıbov adına təlim-məşq bazasının meydançasında baş tutmuş görüş 4:1 hesablı qələbə ilə nəticələnib. "Neftçi”nin heyətində Cavidan Qasımlı "het-trik”ə imza atıb. Bir dəfə isə İbrahim Əliyev fərqlənib.


Qeyd edək ki, komandamız iyulun 15-də keçiriləcək növbəti yoxlama oyununda "Sumqayıt” klubunun əvəzediciləri ilə qarşılaşacaq.
Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


ASAN


Acibadem


pwc


No To Racism