"Neftçi"nin Azərbaycan kubokundakı rəqibi müəyyənləşdi | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

"Neftçi"nin Azərbaycan kubokundakı rəqibi müəyyənləşdi

"Neftçi"nin Azərbaycan kubokundakı rəqibi müəyyənləşdi

Bu gün Azərbaycan kubokunun 2017/2018 mövsümünün püşkatma mərasimi keçirilib. AFFA-nın inzibati binasında təşkil olunmuş püşkün nəticələrinə görə "Neftçi” PFK yarışa 1/8 final mərhələsindən başlayacaq. Komandamız noyabrın 29-da keçiriləcək və bir oyundan ibarət olacaq bu mərhələdə Bakıda "Zaqatala” klubu ilə qarşılaşacaq. "Neftçi” 1/4 finala yüksələcəyi halda, dekabrın 10-11-də və 14-15-də olacaq oyunlarda "Zirə” – "Xəzər” cütünün qalibi ilə üz-üzə gələcək.


Qeyd edək ki, yarımfinal görüşləri gələn il aprelin 11-də və 18-də, final matçı isə mayın 28-də keçiriləcək.

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


ASAN


Acibadem


pwc


No To Racism