Tərlan Əhmədov: "İstədiyim oyun alınmasa da, vacib olan 3 xalı qazandıq" | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

Tərlan Əhmədov: "İstədiyim oyun alınmasa da, vacib olan 3 xalı qazandıq"

Tərlan Əhmədov: "İstədiyim oyun alınmasa da, vacib olan 3 xalı qazandıq"

"Neftçi” PFK-nın baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqasında 9-cu turun "Kəpəz” klubu ilə oyunsonrası mətbuat konfransında fikirlərini bildirib:


"Ağır olacağını bilirdik. Gəncəyə 3 xal qazanmaq üçün gəlmişdik. Futbolçulara minnətdaram ki, sonadək mübarizə aparıb buna nail oldular. Azarkeşlərimizə də təşəkkür edirəm, Bakıdan bura gəlib bizimlə 90 dəqiqə həyəcan yaşadılar, dəstək verdilər. Onları sevindirdiyimiz üçün çox şadam. Bu mövsüm "Kəpəz”in Gəncədəki ilk oyununun bizimlə olması ajiotajın nə qədər böyük olacağından xəbər verirdi. Bunu və 4:0-lıq qələbədən sonra yaranmış arxayınçılığı nəzərə alıb komandanı bu qarşılaşmaya bacardığımız qədər kökləmişdik. Ümumilikdə istədiyim oyun alınmasa da, vacib olan 3 xalı qazandıq”.

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


ASAN


Acibadem


pwc


No To Racism