"Azarkeşlərimizlə birlikdə daha güclü oluruq" (VİDEO) | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

"Azarkeşlərimizlə birlikdə daha güclü oluruq" (VİDEO)

"Neftçi”nin futbolçuları – müdafiəçi Kirilo Petrov və yarımmüdafiəçi Namik Ələskərov "Zirə” ilə sabah keçiriləcək oyun haqda Neftçi TV-yə fikirlərini bildiriblər:


Kirilo Petrov: "Fikrimcə, öz oyunumuzu tapmışıq. Son qələbələrdən sonra özünəinam qazanmışıq. Azarkeşlərin ümidlərini doğrultmaq üçün daha motivasiyalı olacağıq. Son 4 oyunu yüksək səviyyədə keçirdik. Milli komandalara görə yaranmış fasiləyə qalib getmək üçün çox çalışmalıyıq. Son oyunda stadiondakı atmosfer çox xoşuma gəldi. Hər ev matçına o qədər azarkeş gəlsə əla olardı. Əlbəttə, daha çox azarkeş gəlsə lap yaxşı olar. Bu, komandanı ruhlandırır, özünəinamı və gücü artırır. Buna görə azarkeşlərimizə təşəkkür edirəm. İstərdim ki, hər oyunda belə atmosfer və dəstək olsun. Biz isə azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələni edəcəyik”.


Namik Ələskərov: "Komandamız yaxşı vəziyyətdədir. Ardıcıl qələbələr qazanmışıq, 4 oyundur qalib gəlirik. Çalışacağıq qələbə seriyasını davam etdirək. Bunun üçün əlimizdən gələni edəcəyik. Azarkeşlər, sağ olsunlar, bizi dəstəkləyirlər. Son oyunda da çox yaxşı abu-hava yaratmışdılar. "Zirə” ilə matçda da onları gözləyirik, dəstəklərinə ehtiyacımız var. Azarkeşlərimizlə birlikdə daha güclü oluruq”.




Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


ASAN


Acibadem


pwc


No To Racism