"Qarşıdakı oyunlara daha diqqətli, aqressiv və motivasiyalı hazırlaşmalıyıq" | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

"Qarşıdakı oyunlara daha diqqətli, aqressiv və motivasiyalı hazırlaşmalıyıq"

"Neftçi” PFK-nın baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqasında 11-ci turun "Zirə” klubu ilə oyunsonrası mətbuat konfransında fikirlərini bildirib:


"Məğlub olsaq da, komandamın oyunundan razı qaldım. Futbolçulara təşəkkür etdim. Müdafiəyə oturaraq və ya zəif çıxış edərək məğlub olmadıq. Hücumların kəsərini bacardığımız qədər artırmaq istədik, yüksək tempdə oynadıq, amma istədiyimiz nəticəni qazana bilmədik. Artıq bu matçı analiz edib səhvləri düzəldərək qarşıdakı oyunlara daha diqqətli, aqressiv və motivasiyalı hazırlaşmalıyıq”.

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


ASAN


Acibadem


pwc


No To Racism