Səlahət Ağayev: "Belə davam etsək, arzuolunan nəticəni qazana bilərik" | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

Səlahət Ağayev:

Səlahət Ağayev: "Belə davam etsək, arzuolunan nəticəni qazana bilərik"

"Neftçi” PFK Topaz Premyer Liqasının 12-ci turu çərçivəsində qarşılaşacağı "Qəbələ” klubu ilə oyunun hazırlığını davam etdirir. Zədəsini sağaldan futbolçu Səlahət Ağayev də komanda ilə məşqlərə qoşulur. Təcrübəli qapıçı təəssüratlarını Neftçi TV ilə bölüşüb:


"Belə bir ağır zədədən sonra həkimlər qərara gəldilər ki, əvvəl yoxlasınlar əgər əzələdə irəliləyiş varsa, əməliyyata ehtiyac olmasın. Şükürlər olsun, əməliyyata ehtiyac qalmadı və klubun dəstəyi ilə Türkiyədə müalicə aldım. Bakıya dönəndən sonra klub həkimləri, sağ olsunlar, zədədən qurtarmaq üçün kömək etdilər. Hər şey qaydasındadır, artıq üç gündür komanda ilə birgə məşqlərə çıxıram. Bu cür zədə ilə komandadan kənarda qalmağı heç bir idmançıya arzulamıram. Bu çox çətindir. Belə getsə, yaxın zamanlarda tam hazır olub komanda ilə var gücümlə məşq edəcəm. Qələbələrdən sonra komandada istək, ruh yüksəkliyi var. Çempionatın sonuna çox var, düşünürəm ki, belə davam etsək, arzuolunan nəticəni qazana bilərik”.


Qeyd edək ki, "Neftçi” – "Qəbələ” oyunu noyabrın 19-da "Bakcell Arena”da keçiriləcək.




Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


ASAN


Acibadem


pwc


No To Racism