"Neftçi" Lənkəranda böyükhesablı qələbə qazandı | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

"Neftçi" Lənkəranda böyükhesablı qələbə qazandı

"Neftçi” PFK-nın U-17 komandası ikinci dəfə ardıcıl qələbə qazanıb. Komandamız Bakcell U-17 Liqasının 10-cu turunda "Xəzər Lənkəran”ı 5:0 hesabı ilə məğlub edib. Lənkəran şəhər stadionunda keçirilmiş oyunda Nicat Məmmədov het-trikə imza atıb. Digər qolları Nicat Musayev və Mübariz Sultanov vurublar. Ümumiyyətlə, U-12-dən başqa bütün komandalarımız son turda qalib gəliblər. Nəticələri təqdim edirik:


U-17 Liqası: "Xəzər Lənkəran” – "Neftçi” 0:5

Qollar: Nicat Məmmədov (3), Nicat Musayev, Mübariz Sultanov.


U-15 Liqası: "Neftçi” İK İB – "Neftçi” 0:1

Qol: Nihat Həsənzadə.


U-14 Liqası: "Stern” – "Neftçi” 0:14

Qollar: Ağadadaş Salyanski (4), Tural Əmirhüseynov (4), Novruz Əmirov (2), Əsəd Nəsirli, Oruc Məmmədov, Bahadur Quliyev, Rəsul Qaziyev.


U-13 Liqası: "Neftçi” – "Qarabağ” 2:0

Qollar: Ömər Qurbanov, Ramiz Muradov.


U-13 Qızlar Liqası: "Neftçi” – "Sumqayıt” 8:0

Qollar: Nurçin Tarverdizadə (5), Elvira Məmmədova (2), Jasmin Abdullayeva.


U-12 Liqası: "Neftçi” – "Zirə” 1:1

Qol: Lorenzo Mezzotero.


U-11 Liqası: "Neftçi” – "Şüvəlan” 9:1

Qollar: Lorenzo Mezzotero (4), Əli Aslanzadə (3), Amin Muradov, Eldar Babayev.


U-10 Liqası: "Neftçi” – "Təhsil” 9:4

Qollar: Lorenzo Mezzotero (6), Azər Məmmədzadə (2), Vüsal Kərimov.


Sabahın ulduzları, U-9: "Neftçi” – "Amasiya” 8:2

Qollar: Rüstəm Hüseynli (2), Fuad Kərimli (2), Ramin Əbiyev (2), Sərxan Əbilov, Mircavad Həsənov.

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


ASAN


Acibadem


pwc


No To Racism