Tərlan Əhmədov: "Artıq "Zirə" ilə oyunlara köklənməliyik" | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

Tərlan Əhmədov:

Tərlan Əhmədov: "Artıq "Zirə" ilə oyunlara köklənməliyik"

"Neftçi” PFK-nın baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqasında 14-cü turun "Qarabağ” klubu ilə oyunsonrası mətbuat konfransında fikirlərini bildirib:


"Əvvəla azarkeşlərimizə təşəkkür edirəm ki, 90 dəqiqə komandaya dəstək oldular, futbolçuları ruhlandırdılar. Matça gəlincə, iki fərqli hissə izlədik. Hücumda oynamağa çalışsaq da, ilk hissədə müdafiəyə qapanmaq məcburiyyətində qaldıq. Fasilədən sonra isə oyunumuzun 70-80 faizini göstərsək də, təəssüf ki, qol vura bilmədik. Qarşıda "Zirə” ilə kubok görüşlərimiz var. Artıq həmin qarşılaşmalara köklənməliyik”.

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


ASAN


Acibadem


pwc


No To Racism