Elşad Əhmədov: "Hesab edirəm ki, çox faydalı səfər oldu" | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

Elşad Əhmədov: "Hesab edirəm ki, çox faydalı səfər oldu"

Elşad Əhmədov: "Hesab edirəm ki, çox faydalı səfər oldu"

"Neftçi” PFK-nın əvəzedici komandasının baş məşqçisi Elşad Əhmədov Makedoniyanın "Vardar” klubunun düşərgəsində olub. PRO kateqoriyalı məşqçilik kursunun növbəti mərhələsində iştirak edən təcrübəli mütəxəssis bununla bağlı təəssüratlarını klubun rəsmi saytına bildirib:


"Sağ olsunlar, "Neftçi” rəhbərliyi səfər üçün hər cür şərait yaratmışdı. Bu ilin avqustunda bir həftə müddətində Moskva "Lokomotiv”inin düşərgəsinə göndərmişdilər. Bu dəfə isə 4 gün Makedoniyada oldum. "Vardar” klubunun idman direktoru, dünyaşöhrətli veteran futbolçu Darko Pançev və akademiyanın koordinatoru Boban Babunski ilə görüşdüm. Akademiyanın məşqçiləri və strukturu ilə tanış oldum. Məşqləri, oyunları izlədim. Yaxşı tərəfdən təəccübləndim. "Vardar” Makedoniyanın ən tanınmış klubu və o ölkənin ən yaxşı akademiyalarından biridir. Hesab edirəm ki, çox faydalı səfər oldu”.

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000


No To Racism