
"Neftçi" yarımfinalda! (FOTOLAR, VİDEO)
"Neftçi” PFK Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində cavab oyununa çıxıb. Komandamız "Zirə” ilə qarşılaşıb. "Bakcell Arena”da keçirilmiş matçda "Neftçi” qalib gəlib – 2:0. Qolları Uqo Barqas (36-cı dəqiqə) və Mirabdulla Abbasov (45-ci dəqiqə) vurublar. Bununla da iki oyunun nəticəsinə (2:1) görə üstün olan komandamız yarımfinala vəsiqə qazanıb.
Qeyd edək ki, "Neftçi” aprelin 11 və 18-də keçiriləcək yarımfinal mərhələsində "Qəbələ” – "Səbail” cütünün qalibi ilə qarşılaşacaq.