"Neftçi"nin 15 üzvü milli komandalarda | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

"Neftçi"nin 15 üzvü milli komandalarda

"Neftçi"nin 15 üzvü milli komandalarda

"Neftçi” PFK-nın 5 futbolçusu ölkəmizin U-21 milli komandasına dəvət alıb. Yanvarın 9-dan 27-dək Türkiyənin Antalya şəhərində keçiriləcək təlim-məşq toplanışına Ömər Buludov, Elnur Cəfərov, Anton Krivotsyuk, Elvin Sərkərov və Kamran İbrahimov qatılacaq.


U-17 millisinin yanvarın 8-dən 23-dək Qəbələdə təşkil olunacaq təlim-məşq toplanışına isə 4 futbolçumuz – Mahir Həsənov, Mirəli Əhmədov, Fərid Yusifli və Valeh Qəhrəmanlı dəvət alıb.


Xatırladaq ki, hazırda Bakıda təlim-məşq toplanışı keçən U-18 millimizin düşərgəsində "Neftçi"nin 6 təmsilçisi var. Bunlar İsmayıl Zülfüqarlı, Abbas Abbasov, Mehdi Tahirov, Vüsal Əsgərov, Vüqar Əliyev və Nicat Musayevdir.

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000


No To Racism