"Neftçi" yanvarın 14-də "Keşlə" ilə qarşılaşacaq | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

"Neftçi" yanvarın 14-də "Keşlə" ilə qarşılaşacaq

"Neftçi" yanvarın 14-də "Keşlə" ilə qarşılaşacaq

"Neftçi” PFK 2018-ci ildə ilk oyununu yanvarın 14-də keçirəcək. Komandamız "Keşlə” klubu ilə qarşılaşacaq. İsmət Qayıbov adına təlim-məşq bazasında olacaq yoxlama oyunu saat 15:00-da başlanacaq.


Yanvarın 17-dən etibarən Türkiyədə keçiriləcək təlim-məşq toplanışı çərçivəsində nəzərdə tutulan hazırlıq görüşlərindən birində rəqib dəyişib. "Neftçi” yanvarın 25-i Odessa "Çernomorets”i ilə deyil, Sofiya "Slaviya”sı ilə üz-üzə gələcək.


Xatırladaq ki, komandamız Antalyadakı təlim-məşq toplanışı çərçivəsində yanvarın 22-də Rusiyanın "SKA-Xabarovsk”, 25-də Rumıniyanın "Konkordiya”, 27-də isə Rusiyanın "Krılya Sovetov” klubları ilə də qarşılaşacaq.

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


No To Racism