Əvəzedici komandada iki təyinat | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

Əvəzedici komandada iki təyinat

Əvəzedici komandada iki təyinat

"Neftçi” PFK-nın əvəzedici komandasına baş məşqçi təyin olunub. Qarşılıqlı razılaşma əsasında müqaviləsinə xitam verilən Elşad Əhmədovun yerinə əvəzediciləri Vadar Nuriyev çalışdıracaq.


1998-2001-ci illərdə "Neftçi”nin heyətində 44 oyun keçirmiş Vadar Nuriyev 1999-cu ildə Azərbaycan kubokunun qalibi olub. 45 yaşlı mütəxəssis "İnter”in əvəzedici və U-19 komandalarında və "Olimpik-Şüvəlan"ın əvəzedicilərində baş məşqçi, 19 yaşlılardan ibarət Azərbaycan millisində, AZAL və MOİK klublarında isə baş məşqçinin köməkçisi vəzifəsində çalışıb.


Bunacan "Neftçi" PFK U-16 komandasında baş məşqçinin köməkçisi vəzifəsini yerinə yetirən Ədəhim Niftəliyev isə əvəzedicilərimizin baş məşqçi köməkçisi təyin olunub.Niftəliyev 1996-2002-ci illərdə "Neftçi”nin heyətində 90 oyun keçirib və Vadar Nuriyevlə birgə 1999-cu ildə Azərbaycan kubokunu qazanan komandamızın futbolçularından olub.

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


No To Racism