"Neftçi"nin sonuncu rəqibi müəyyənləşdi | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

"Neftçi"nin sonuncu rəqibi müəyyənləşdi

"Neftçi”nin təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi sonuncu yoxlama oyunundakı rəqibi müəyyənləşib. Komandamız yanvarın 30-da Makedoniyanın "Sileks” klubu ilə qarşılaşacaq.


Xatırladaq ki, "Neftçi” Antalyadakı təlim-məşq toplanışı çərçivəsində yanvarın 22-də Rusiyanın "SKA-Xabarovsk”, 25-də Rumıniyanın "Konkordiya” və Bolqarıstanın "Slaviya”, 27-də isə Rusiyanın "Krılya Sovetov” klubları ilə üz-üzə gələcək.


Sabah isə "Neftçi” "Keşlə” klubu ilə hazırlıq matçına çıxacaq. İsmət Qayıbov adına təlim-məşq bazasında olacaq yoxlama oyunu saat 15:00-da başlanacaq.

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


ASAN


Acibadem


pwc


No To Racism