
"Neftçi" ilk yoxlama oyununu keçirib (FOTOLAR, VİDEO)
"Neftçi” PFK təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib. Komandamız İsmət Qayıbov adına təlim-məşq bazasında "Keşlə” ilə qarşılaşıb. 38-ci dəqiqədə Rəhman Hacıyevin ötürməsindən sonra Mirabdulla Abbasovun başla zərbəsi ilə hesab açılsa da, komandamız ikinci hissədə iki qol buraxaraq məğlub olub – 1:2.