"Neftçi" milli komandadan üstün oldu | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

"Neftçi" milli komandadan üstün oldu

Çempionatın ikinci hissəsinə hazırlığı davam etdirən "Neftçi” PFK-nın əvəzedici komandası təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib. Əvəzedicilər "Dalğa Arena”da U-19 milli komandası ilə qarşılaşıblar. "Neftçi”nin 1:0 hesablı qələbəsi ilə nəticələnmiş görüşdə yeganə qolu Tural Əliyev vurub.


Xatırladaq ki, əvəzedicilərimizin yanvarın 21-də "Səbail”in U-19, 24-də "Keşlə”nin əvəzediciləri, 28-də isə "Neftçi”nin U-19 komandası ilə hazırlıq matçları nəzərdə tutulub. Yanvarın 30-da planlaşdırılan yoxlama görüşü haqda isə rəqib dəqiqləşəndən sonra məlumat veriləcək.

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000


No To Racism