Uğurlar, flaqman! | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

Uğurlar, flaqman!

Uğurlar, flaqman!

"Neftçi" səhər saatlarında Heydər Əliyev Beynəlxalq Aeroportundan qış fasiləsindəki hazırlığın ikinci mərhələsini keçirəcəyi Türkiyəyə yola düşüb. Komanda Bələkdə yerləşən "Alva Donna” otelində məskunlaşacaq.


Türkiyəyə yollanan heyətdə futbolçulardan Səlahət Ağayev, Aqil Məmmədov, Rəşad Əzizli, Kirilo Petrov, Ruslan Abışov, Məhəmməd Mirzəbəyov, İlkin Qırtımov, Rəşad Sadiqov, Emin Mahmudov, Derlis Meza Kolli, Namik Ələskərov, İqnasio Errera, Rəhman Hacıyev, Mirabdulla Abbasov, Elnur Süleymanov, Elçin Əsədov, Fərid Abbaslı və Fransisko Qarsiya yer alıb. Ömər Buludov, Elnur Cəfərov, Anton Krivotsyuk və Elvin Sərkərov 21 yaşadək futbolçulardan ibarət milli komandamızın düşərgəsində olduğundan təlim-məşq toplanışına sonradan qoşulacaqlar.


Tərlan Əhmədovun rəhbərlik etdiyi kollektiv yanvarın 22-də Rusiyanın "SKA-Xabarovsk”, 25-də Rumıniyanın "Konkordiya” və Bolqarıstanın "Slaviya”, 27-də Rusiyanın "Krılya Sovetov”, 30-da isə Makedoniyanın "Sileks" klubları ilə üz-üzə gələcək. Təlim-məşq toplanışına yanvarın 31-də yekun vurulacaq.

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000


No To Racism