Yubiley duelində 23-cü qələbəyə doğru | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

Yubiley duelində 23-cü qələbəyə doğru

Yubiley duelində 23-cü qələbəyə doğru

"Neftçi” fevralın 11-də Topaz Premyer Liqasının 15-ci turu çərçivəsində "Kəpəz”lə qarşılaşacaq. "Bakcell Arena”da keçiriləcək oyun saat 17:30-da start götürəcək. Müstəqillik dövründə bu komanda ilə indiyədək 49 çempionat oyununda üz-üzə gəlmişik. Bu görüşlərdən 22-də qələbə qazanmış, 18-də məğlub olmuşuq, 9 oyunda isə heç-heçə qeydə alınıb. Top fərqi də "Neftçi”nin xeyrinədir – 70:45.


Komandamız indiyədək "Kəpəz”lə 25 ev oyunu keçirib ki, bunlardan 14-də qalib gəlib. Digər matçlardan 6-sı heç-heçə, 5-i isə məğlubiyyətlə nəticələnib. Bu oyunlarda rəqib qapısından 43 top keçirən "Neftçi” öz qapısından 19 top buraxıb.


Cari mövsümün ilk hissəsindəki oyunlara gəlincə, "Bakcell Arena”da qalib müəyyənləşməsə də (0:0), Gəncə şəhər stadionunda "Neftçi” qələbə qazanıb – 1:0. Komandamızın qələbə qolunu kapitan Ruslan Abışov vurub.

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


Acibadem


pwc


No To Racism