"Neftçi" Banişevskinin xatirəsinə həsr olunmuş turnirdə | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

"Neftçi" Banişevskinin xatirəsinə həsr olunmuş turnirdə

"Neftçi" Banişevskinin xatirəsinə həsr olunmuş turnirdə

"Neftçi”nin əfsanəvi futbolçusu Anatoli Banişevskinin xatirəsinə həsr olunmuş turnir keçiriləcək. "Neftçi” PFK 2005-2006-cı il təvəllüdlü futbolçular arasında təşkil olunacaq yarışda "Keşlə” və "Rəvan” ilə eyni qrupda mübarizə aparacaq. 6 komandadan ibarət turnirin digər qrupunda "Qarabağ”, "Vətən RİOEUGFM” və BİFM klubları yer alacaqlar. Fevralın 18-də keçiriləcək oyunlardan sonra qrupda 1-ci yeri tutanlar çempionluq uğrunda final matçında qarşılaşacaqlar. Qrupda ikinci olanlar 3-cü, sonuncu yeri tutanlar isə 5-ci yer uğrunda oyuna çıxacaqlar.

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


Acibadem


pwc


No To Racism