Tərlan Əhmədov: "Əminəm ki, bu komanda öz sözünü deyəcək" | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

Tərlan Əhmədov:

Tərlan Əhmədov: "Əminəm ki, bu komanda öz sözünü deyəcək"

"Neftçi” PFK-nın baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqasında 16-cı turun "Sumqayıt” klubu ilə oyunsonrası mətbuat konfransında fikirlərini bildirib:


"Oyuna pis başlamamışdıq, amma iki səhv matçın taleyini həll etdi. Təkrara baxanlar mənə dedilər ki, həmin epizodda penaltidən söhbət gedə bilməzdi. Amma artıq olub keçib. Sumqayıta 4-cü yer uğrunda mübarizədə 3 xal qazanmaq üçün gəlmişdik. İlk hissə ilə müqayisədə komanda ikinci hissədə daha yaxşı təsir bağışladı. Məğlub olduq, buna səbəbkar da mənəm. Görünür, komandanı oyuna həddindən artıq kökləmişdik ki, bu da səhvlərə gətirib çıxardı. Avroliqaya vəsiqə qazanmaq şansımızı itirməmişik. Əminəm ki, bu komanda öz sözünü deyəcək. Oyundan oyuna daha yaxşı çıxış edəcəyik”.

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000


No To Racism