Tərlan Əhmədov: "Bu gün 1 xal qazanmadıq, 2 xal itirdik" | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

Tərlan Əhmədov:

Tərlan Əhmədov: "Bu gün 1 xal qazanmadıq, 2 xal itirdik"

"Neftçi” PFK-nın baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqasında 17-ci turun "Zirə” ilə oyunsonrası mətbuat konfransında fikirlərini bildirib:


"Komandanın oyunundan çox razı qaldım. Bu gün həm istəkli idik, həm də keçən qarşılaşmalarla müqayisədə topa daha çox sahib çıxdıq. Sürətli hücumlar qurduq, amma hücum edən tərəf həmişə top buraxır. Nə qədər hücum futbolu oynasaq da, rəqibin bizi əks hücumda tuta biləcəyi ilə bağlı xəbərdarlıqlar etsək də, yenə də qol buraxmaq qaçılmaz oldu. Bu gün 1 xal qazanmadıq, 2 xal itirdik”.

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000


No To Racism