
"Neftçi"dən ardıcıl dördüncü qələbə
"Neftçi” PFK-nın U-17 komandası ardıcıl dördüncü qələbəsini qazanıb. Komandamız Bakcell U-17 Liqasının 24-cü turunda "Zirə”ni 1:0 hesabı ilə məğlub edib. Qələbə qolunu Vüsal Əsgərov vurub.
U-12 komandamız da turu "Zirə” üzərində qələbə ilə başa vurub. "Neftçi”nin 2:0 hesabı ilə qalib gəldiyi görüşdə Murad Məmmədov və Lorenzo Mezzotero fərqləniblər.