"Qol epizodları yaratsaq da, bunlardan istifadə edə bilmədik" | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

"Qol epizodları yaratsaq da, bunlardan istifadə edə bilmədik"

"Qol epizodları yaratsaq da, bunlardan istifadə edə bilmədik"

"Neftçi” PFK-nın baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqasında 20-ci turun "Qarabağ”la oyunsonrası mətbuat konfransında fikirlərini bildirib:


"Hər iki komandanın ifasında gözəl oyun gördük. Bu gözəl qarşılaşmanın bircə qolu çatışmırdı. Hesab edirəm ki, nəticə ədalətli oldu. Komandamız müdafiədə səhvsiz çıxış etdi. Bacardığımız qədər hücum futboluna üstünlük verdik ki, rəqibi təzyiq altında saxlayaq. Qol epizodları yaratsaq da, bunlardan istifadə edə bilmədik. Son oyunlarda qollu qələbələrimiz olmuşdu, amma bu dəfə matçı qolsuz heç-heçə ilə başa vurduq. Bu da qənaətbəxşdir. Futbolçularımıza və azarkeşlərimizə təşəkkürümüzü bildiririk. Düşünürəm ki, qolsuz bitməyinə baxmayaraq bu oyundan hər birimiz zövq aldıq”.

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000


No To Racism