"Neftçi"nin sabiq baş məşqçisi Böyükağa Hacıyev vəfat edib | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

"Neftçi"nin sabiq baş məşqçisi Böyükağa Hacıyev vəfat edib

"Neftçi"nin sabiq baş məşqçisi Böyükağa Hacıyev vəfat edib

 

Azərbaycan futboluna ağır itki üz verib. "Neftçi”nin sabiq baş məşqçisi Böyükağa Hacıyev vəfat edib. 1958-ci il aprelin 20-də dünyaya göz açmış Böyükağa Hacıyev 2011-2013 və 2014-cü illərdə "Neftçi”nin baş məşqçisi olub. Bu müddət ərzində komandaya ölkə çempionluğunu (2012, 2013) və kubokunu (2013, 2014) qazandırmış Hacıyev "Neftçi”ni Azərbaycan futbolu tarixində ilk dəfə olaraq Avropa Liqasının qrup mərhələsinə yüksəldib (2012).


"Neftçi” PFK Böyükağa Hacıyevin vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və Azərbaycan futbol ictimaiyyətinə dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!

 

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000


No To Racism