Soni Mustivar "Neftçi"də | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

Soni Mustivar "Neftçi"də

Soni Mustivar "Neftçi"də

2018/19 mövsümünə transfer hazırlıqlarına başlayan "Neftçi” PFK heyətinə yeni futbolçu cəlb edib.Yarımmüdafiəçi Soni Mustivar ilə növbəti mövsümün sonunadək müqavilə imzalanıb.


Fransada dünyaya gələn Mustivar bu ölkənin 20 yaşadək futbolçulardan ibarət yığmasında, "Bastiya” və "Orlean” klublarında çıxış edib. Rumıniyanın "Petrolul” və ABŞ-ın "Sportinq Kanzas Siti” klublarında legioner həyatı yaşamış 28 yaşlı futbolçu Haiti milli komandasının şərəfini qoruyur. O, "Petrolul”la Rumıniya kubokunun, "Sportinq Kanzas Siti” ilə isə ABŞ açıq kubokunun qalibi olub.


Qeyd edək ki, Mustivar Liqa 1-də çıxış edən "Petrolul"un heyətində 94, MLS təmsilçisi olan sonuncu klubu "Sportinq Kanzas Siti"də isə 76 oyun keçirib.

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000


No To Racism