Çingiz İsmayılov – 83 | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

Çingiz İsmayılov – 83

Çingiz İsmayılov – 83

Bu gün "Neftçi”nin veteran futbolçusu, klubumuzun və Azərbaycan futbolunun canlı əfsanəsi Çingiz İsmayılovun 83 yaşı tamam olur. 1935-ci ildə dünyaya gəlmiş "Pələng” ləqəbli qapıçı 1956-1961-ci illər ərzində "Neftçi”nin heyətində 96 oyun keçirib. Çingiz İsmayılov futbolçu karyerasını bitirdikdən sonra 1987-1991-ci illərdə komandamızın rəisi vəzifəsində çalışıb.


Tarixinə hər zaman böyük ehtiramla yanaşan "Neftçi” PFK "Qəbələ” ilə vacib səfər oyununa yollanmazdan əvvəl Çingiz müəllimə kiçik sürpriz hazırlayıb. Klubun bazasına dəvət olunan veteranımızı prezident Kamran Quliyev, idman direktoru Ceyhun Sultanov, A komandasının məşqçi və futbolçu heyəti tam tərkibdə təbrik edib, ona möhkəm cansağlığı arzulayıb.


"Neftçi” ruhu”nun daşıyıcılarından və futbolumuzun ən böyük dəyərlərindən olan Çingiz İsmayılovu təbrik edir, ona cansağlığı, uzun ömür arzulayırıq!




Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


Acibadem


pwc


No To Racism