Kubokda üstələdiyimiz "Zirə" ilə çempionatda ilk qələbəyə doğru | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

Kubokda üstələdiyimiz "Zirə" ilə çempionatda ilk qələbəyə doğru

Kubokda üstələdiyimiz "Zirə" ilə çempionatda ilk qələbəyə doğru

"Neftçi” aprelin 15-də Topaz Premyer Liqasının 23-cü turu çərçivəsində "Zirə” ilə görüşəcək. Zirə İdman Kompleksinin stadionunda keçiriləcək oyun saat 19:00-da start götürəcək. Bu komanda ilə indiyədək 11 çempionat oyununda qarşılaşmışıq. Bunlardan 8-də məğlub olmuşuq, 3 görüşdə isə heç-heçə qeydə alınıb. Top fərqi də rəqibin xeyrinədir – 4:15.


Maraqlıdır ki, "Zirə” kubok yarışlarında arzuolunan rəqibdir. Bu komandanı iki dəfə Azərbaycan kubokundan kənarlaşdırmışıq. Həm ötən mövsüm (3:0, 1:2), həm də bu mövsüm (0:1, 2:0) 1/4 final mərhələsində iki oyunun nəticəsinə görə qalib gələn "Neftçi” yarımfinala vəsiqə qazanıb.


Ümumilikdə isə Zirədə keçirdiyimiz 7 oyundan 1-də qalib gəlmişik. 5 qarşılaşmada məğlub olmuşuq, 1 matçda isə komandamıza texniki məğlubiyyət verilib. Səfərdəki görüşlərin top fərqində də rəqib üstündür – 9:3.


Qeyd edək ki, "Neftçi” son 7 rəsmi matçda məğlub olmadığı halda, "Zirə” 9 oyundur qələbəyə həsrətdir.

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


Acibadem


pwc


No To Racism