
Əvəzedicilərimiz "Zirə" ilə qarşılaşıb (FOTOLAR)
"Neftçi” PFK-nın əvəzedici komandası növbəti oyununu keçirib. Əvəzedicilərimiz 23-cü turda "Zirə”yə məğlub olublar – 0:1.
17 yaşadək futbolçularımız isə turu böyükhesablı qələbə ilə başa vurublar. U-17 komandamız "Mil Muğan”ı 4:1 hesabı ilə məğlub edib. Nicat Musayev het-trikə imza atıb. "Neftçi”nin digər qolunu Turan Əhmədov vurub.
"Neftçi” Futbol Akademiyasının digər komandaları da çempionat oyunlarında qüvvələrini sınayıblar. Nəticələri təqdim edirik:
Boulevard Hotel U-15 Liqası: "Qarabağ” – "Neftçi” 2:1
Qol: Rəvan Nağıyev.
U-14 Liqası: "Neftçi” – "Neftçi” İK İB 2:0
Qollar: Sərxan Məmmədov (2).
Coca-Cola U-13 Liqası: "Neftçi” – "Səbail” 3:0
Qollar: İbrahim İbrahimli, Ramiz Muradov, Ömər Qurbanov.
U-13 Qızlar Liqası: "Neftçi” – "Əhmədli Yunayted” 3:0
Qollar: Nurçin Tarverdizadə (2), Jasmin Abdullayeva.
U-12 Liqası: "Neftçi” – "Neftçi” İK İB 1:1
Qol: Erik Liam.
U-11 Liqası: "Neftçi” – "Neftçi” İK İB 3:0
Qollar: Əli Aslanzadə (2), Murad Mustafayev.
U-10 Liqası: "Neftçi” – "Vətən” 3:1
Qollar: Əbdüləziz Cabbarlı, Vüsal Kərimov, Nicat Məhərrəmov.