Tərlan Əhmədov: "Artıq bütün fikrimizi çempionata yönəltməliyik" | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

Tərlan Əhmədov:

Tərlan Əhmədov: "Artıq bütün fikrimizi çempionata yönəltməliyik"

"Neftçi” PFK-nın baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Kubokunda yarımfinal mərhələsinin "Qəbələ” ilə cavab oyunundan sonra mətbuat konfransında fikirlərini bildirib:


"Kubokda kim çox səhv edirsə, o da məğlub olur. Səfərdəki ilk görüşdə 2:1 hesabı ilə qalib gəlmişdik. Cavab oyununda birinci hissədə hesabı açandan sonra komandada arxayınlıq hiss olundu. Bunun da qarşılığını sonda səhvlərlə ödəyib məğlub olduq. İlk 10 dəqiqəni çıxmaq şərtilə komanda istədiyim oyunu göstərə bilmədi. Artıq kubokla vidalaşdığımıza görə bütün fikrimizi çempionata yönəltməliyik. Çünki, avrokuboklara kubokla getmək yolumuz bağlıdırsa, çempionatda buna şansımız var. Bunun uğrunda da mübarizə aparmalıyıq”.

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000


No To Racism