"Neftçi" "Xəzər Lənkəran"ı məğlub etdi | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

"Neftçi" "Xəzər Lənkəran"ı məğlub etdi

"Neftçi" "Xəzər Lənkəran"ı məğlub etdi

"Neftçi” PFK-nın U-17 komandası növbəti oyununa çıxıb. Futbolçularımız Bakcell U-17 Liqasının 32-ci turunda "Xəzər Lənkəran”ı 5:1 hesabı ilə məğlub ediblər. Vüsal Əsgərov het-trikə imza atıb. Komandamızın digər qollarını Nicat Musayev və Orxan Fərəcov vurublar.


Futbol Akademiyasının digər komandaları da çempionat oyununda qüvvələrini sınayıblar. Nəticələri təqdim edirik:


Boulevard Hotel U-15 Liqası: "Vətən” – "Neftçi” 4:0


U-14 Liqası: "Neftçi” – "Mançester Yunayted” (Bakı) 2:3 (yarımfinal, ilk oyun)

Qollar: Ağadadaş Salyanski, Bahadur Quliyev.


Coca-Cola U-13 Liqası: "Azəri TİM” (Gəncə) – "Neftçi” 0:4 (yarımfinal, ilk oyun)

Qollar: Ramiz Muradov (3), Ömər Qurbanov.


U-12 Liqası: "Neftçi” – "Qarabağ” 0:1 (yarımfinal, ilk oyun)


U-11 Liqası: "Neftçi” – "Qəbələ” 5:0 (yarımfinal, ilk oyun)

Qollar: Lorenzo Mezzotero (2), Murad Mustafayev, Amin Muradov, Əli Aslanzadə.

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000


No To Racism