"Kəpəz"lə 51-ci dueldə 24-cü qələbəyə doğru | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

"Kəpəz"lə 51-ci dueldə 24-cü qələbəyə doğru

"Kəpəz"lə 51-ci dueldə 24-cü qələbəyə doğru

"Neftçi” mayın 20-də Topaz Premyer Liqasının 28-ci turu çərçivəsində "Kəpəz”lə qarşılaşacaq. Gəncə şəhər stadionunda keçiriləcək oyun saat 17:15-də start götürəcək. Müstəqillik dövründə bu komanda ilə indiyədək 50 çempionat oyununda üz-üzə gəlmişik. Bu görüşlərdən 23-də qələbə qazanmış, 18-də məğlub olmuşuq, 9 oyunda isə heç-heçə qeydə alınıb. Top fərqi də "Neftçi”nin xeyrinədir – 71:45.


Bu mövsümün ilk hissəsindəki oyunlara gəlincə, "Bakcell Arena”da qalib müəyyənləşməsə də (0:0), Gəncə şəhər stadionunda Ruslan Abışovun qolu sayəsində "Neftçi” qələbə qazanıb – 1:0. "Bakcell Arena”da keçirilmiş üçüncü dövrə matçında da 1:0 hesablı qələbə qeydə alınıb. Komandamızın qələbə qoluna Mirabdulla Abbasov imza atıb.

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


No To Racism