Soni Mustivar: "Bu oyun bizim üçün çox əhəmiyyətlidir" (VİDEO) | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

Soni Mustivar:

Soni Mustivar: "Bu oyun bizim üçün çox əhəmiyyətlidir" (VİDEO)

"Neftçi” PFK Topaz Premyer Liqasının 28-ci turu çərçivəsində qarşılaşacağı "Kəpəz” klubu ilə oyunun hazırlığını davam etdirir. Komandamız bu gün İsmət Qayıbov adına bazada məşq keçib. Yarımmüdafiəçi Soni Mustivar Neftçi TV-yə açıqlamasında "Kəpəz”lə oyunöncəsi fikirlərini bildirib:


"Hamımız oyuna gərgin hazırlaşırıq. Çünki bu görüş bizim üçün çox əhəmiyyətlidir. Turnir cədvəlinin yuxarı sıralarındakı mövqeyimizi qorumaq üçün bizə qələbə lazımdır. Komanda daxilindəki abu-havaya gəlincə, hamımız fikrimizi oyuna yönəltmişik. Bu görüşdə səhvə yol verə bilmərik. Bütün qarşılaşmalara güclü rəqibə qarşı oynayacağıq kimi çıxırıq. Bir oyunda çox şey baş verə bilər. Lakin biz buna imkan verməməliyik. Hətta fikrimizi böyük oyunlardan da çox cəmləşdirməliyik. Çünki bu cür komandaların itirməyə heç nəyi yoxdur. Hətta daha təhlükəli ola bilirlər. Rəqibin "Kəpəz” və ya bir başqası olmasına baxmayaraq, yaxşı hazırlaşırıq”.


Xatırladaq ki, mayın 20-də Gəncə şəhər stadionunda keçiriləcək "Kəpəz” – "Neftçi” matçı saat 17:15-da başlanacaq.



Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000


No To Racism