Baş məşqçiyə daha iki köməkçi təyin edilib | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

Baş məşqçiyə daha iki köməkçi təyin edilib

Baş məşqçiyə daha iki köməkçi təyin edilib

Yeni mövsümdə əsas komandaya rəhbərlik edəcək Roberto Bordinin daha iki köməkçisi müəyyənləşib. Bunlardan biri ötən mövsüm "Səbail”in U-17 komandasının baş məşqçisi kimi gümüş medal qazanan Füzuli Məmmədov, digəri isə qapıçılar üzrə məşqçi vəzifəsini yerinə yetirəcək Etibar Tarıverdiyevdir. Hər iki mütəxəssislə 1 illik müqavilə imzalanıb.


Füzuli Məmmədov UEFA-nın A, Etibar Tarıverdiyev isə B kateqoriyalı məşqçisidir.


Qeyd edək ki, fiziki hazırlıq üzrə məşqçi italiyalı Andrea Vezzu olacaq.

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000


No To Racism