Baqali Dabo "Neftçi"də | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

Baqali Dabo "Neftçi"də

Baqali Dabo "Neftçi"də

"Neftçi” PFK növbəti transferini reallaşdırıb. Komandamız Baqali Dabo ilə müqavilə imzalayıb. Fransız futbolçu 2 il "Neftçi”nin uğurları üçün mübarizə aparacaq. 29 yaşlı hücumçu komandamızın heyətində 9 nömrəli formanı geyinəcək.


Fransanın "İvri”, "Kretey”, "İstr” komandalarında çıxış etmiş Baqali Dabo ötən mövsüm "Qəbələ”nin heyətində 27 oyunda 13 qol vurmaqla Premyer Liqanın ən yaxşı bombardiri olub.


Qeyd edək ki, "Neftçi” bundan öncə cinah müdafiəçisi Tural Axundov, xorvatiyalı mərkəz müdafiəçisi Slavko Braliç, yarımmüdafiəçi Rəşad Eyubov və braziliyalı hücumçu Dario Frederikonun keçidini rəsmiləşdirib. Komandamızın transfer çalışmaları davam edir.

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


No To Racism