Komandamız bu gün növbəti məşqlərinə çıxıb (VIDEO) | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

Komandamız bu gün növbəti məşqlərinə çıxıb (VIDEO)

Komandamız bu gün növbəti məşqlərinə çıxıb (VIDEO)

"Neftçi” PFK təlim-məşq toplanışının ilk hissəsini davam etdirir. Komandamız bu gün "Neftçi”nin İsmət Qayıbov adına təlim-məşq bazasında iki məşqə çıxıb. Səhər məşqi fiziki, axşam məşqi isə texniki-taktiki hazırlığa həsr olunub. Bütün futbolçuların iştirak etdiyi məşqlərdə Dario Frederiko fərdi hazırlaşıb. Axşam məşqi azarkeşlər və media nümayəndələri üçün açıq olub.


Qeyd edək ki, komandamız hazırlığın birinci mərhələsinə uyğun olaraq sabah da İsmət Qayıbov adına təlim-məşq bazasında məşqlərini davam etdirəcək.



Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


No To Racism