"Neftçi" Qoran Paratski ilə müqavilə imzaladı | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

"Neftçi" Qoran Paratski ilə müqavilə imzaladı

"Neftçi" Qoran Paratski ilə müqavilə imzaladı

Transfer çalışmalarını davam etdirən "Neftçi”, daha bir futbolçu ilə heyətini gücləndirib. Komandamız xorvatiyalı yarımmüdafiəçi Qoran Paratski ilə müqavilə imzalayıb. 31 yaşlı yarımmüdafiəçimiz növbəti mövsümün sonuna qədər "Neftçi”nin uğurları üçün çalışacaq. Yeni futbolçumuz komandamızın heyətində 6 nömrəli forma ilə mübarizə aparacaq.

Qeyd edək ki, Qoran Paratskinin son klubu Avstraliya A-Liqasında çıxış edən Yeni Zelandiyanın "Vellinqton Feniks” klubu olub. Ölkəsinin gənclər yığmalarında forma geyinib.
Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000


No To Racism