Mayk Kampas və Lukas Qomes əvəzedici heyətə göndərilib | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

Mayk Kampas və Lukas Qomes əvəzedici heyətə göndərilib

Mayk Kampas və Lukas Qomes əvəzedici heyətə göndərilib

Bu ilin sonuna qədər "Neftçi" ilə müqaviləsi olan Mayk Kampas və Lukas Qomes əvəzedici heyətə göndərilib. 

Növbəti mövsüm üçün baş məşqçi Roberto Bordinin əsas heyətdə düşünmədiyi futbolçularla hazırda danışıqlar davam edir. Bu müddətdə hər iki futbolçu əvəzedici komandada məşq edəcəklər.  

Qeyd edək ki, növbəti mövsüm əsas heyətdə düşünülməyən Fransisko Qarsia ilə də müzakirələr davam edir. Yaxın günlərdə bu haqda əlavə məlumat veriləcək.
Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000


No To Racism