"Neftçi" "Dunarea Kalarası"na qalib gəldi (FOTOLAR) | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

"Neftçi" "Dunarea Kalarası"na qalib gəldi (FOTOLAR)

"Neftçi" "Dunarea Kalarası"na qalib gəldi (FOTOLAR)

"Neftçi” PFK bu gün Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama oyununa çıxıb. Komandamız məskunlaşdığı "Fenerbahçe Topuk Yaylası Resort and Sport” otelinin meydanında Rumıniyanın "Dunarea Kalarası” klubuna 2:0 hesabı ilə qalib gəlib. Qollara Dario Frederiko (39-cu dəqiqə) və Mirabdulla Abbasov (60-cı dəqiqə) imza atıblar.


"Neftçi”: 1.Səlahət Ağayev, 4.Rəşad Eyubov, 9.Baqali Dabo, 10.Dario Frederiko, 15.Ruslan Abışov (K), 17.Rəhman Hacıyev, 18.Tural Axundov, 21.Məhəmməd Mirzəbəyov, 22.Mirabdulla Abbasov, 28.Slavko Braliç, 93.Soni Mustivar.


Ehtiyat oyunçular: 94.Rəşad Əzizli, 73.Nail Alışov, 5.Anton Krivotsyuk, 6.Qoran Paratski, 7.Namik Ələskərov, 8.Emin Mahmudov, 26.Ömər Buludov, 36.Xəlil Bəşirov, 37.Vüsal Əskərov, 51.Elçin Əsədov, 70.Əli Şirinov, 77.Elvin Sərkərov.


1’ "Neftçi” – "Dunarea Kalarası” oyunu başlandı.


10’ Cinahdan irəliləyən Dario Frederikonun ötürməsindən sonra Rəhman Hacıyev qapıya zərbə endirsə də, top rəqib müdafiəçidən qayıtdı.


21’ Rəhman Hacıyevin ötürməsindən sonra Rəşad Eyubovun zərbəsi qapının üstündən keçdi.


25’ Rəhman Hacıyevin zərbəsindən sonra rəqib qapıçı topu tutdu.


39’ QOOOOLLL! "Neftçi” hesabı açdı! Dario Frederiko fərqləndi – 1:0


41’ Mirabdulla Abbasovun zərbəsindən sonra rəqib qapıçı topu küncə çıxardı.


45’ İlk hissə başa çatdı.


46’ İkinci hissə başlandı. Dario Frederikonu Namik Ələskərov əvəzləyib.


51’ Namik Ələskərovun zərbəsindən sonra rəqib qapıçı topu çətinliklə qaytardı.


56’ Rəqib futbolçunun zərbəsindən sonra Səlahət Ağayev topu tutdu.


58’ Rəşad Eyubovu Qoran Paratski əvəzləyir.


60’ QOOOOLLL! "Neftçi” hesab arasındakı fərqi artırdı! Rəhman Hacıyevin ötürməsindən sonra Mirabdulla Abbasov qol vurdu – 2:0


65’ Mirabdulla Abbasovu Emin Mahmudov əvəzləyir.


66’ Baqali Dabonun zərbəsindən sonra top qapının yanından keçdi.


71’ Ömər Buludov Məhəmməd Mirzəbəyovu əvəzləyir.


73’ Emin Mahmudovun zərbəsindən sonra rəqib qapıçı topu küncə çıxardı.


78’ Tural Axundovu Anton Krivotsyuk əvəzləyir.


79’ Ruslan Abışovu Elvin Sərkərov əvəzləyir.


80’ Namik Ələskərov qapıçı ilə təkbətək çıxsa da, fürsəti boşa verdi. Qapıçı topu qaytardı.


85’ Rəhman Hacıyevi Xəlil Bəşirov əvəzləyir.


89’ Əli Şirinov Baqali Dabonu əvəzləyir.


90’ Oyun komandamızın 2:0 hesablı qələbəsi ilə başa çatdı.


Qeyd edək ki, ilk yoxlama oyununda Makedoniyanın "Şkupi” klubunu məğlub etmiş (2:0) "Neftçi” iyulun 5-də "Politexnika” (Rumıniya) ilə üz-üzə gələcək. İyulun 2-dəki rəqibimizin kimliyi haqda isə yaxın günlərdə məlumat verəcəyik.

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000


No To Racism