"Neftçi" "Çelik"i böyük hesabla məğlub etdi (FOTOLAR, VİDEO) | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

"Neftçi" "Çelik"i böyük hesabla məğlub etdi (FOTOLAR, VİDEO)

"Neftçi" "Çelik"i böyük hesabla məğlub etdi (FOTOLAR, VİDEO)

"Neftçi” PFK bu gün Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində üçüncü yoxlama oyununa çıxıb. Komandamız məskunlaşdığı "Fenerbahçe Topuk Yaylası Resort and Sport” otelinin meydanında Bosniya və Herseqovinanın "Çelik” klubu ilə qarşılaşıb. Qollara Baqali Dabo (14-cü dəqiqə), Rəhman Hacıyev (18-ci və 34-cü dəqiqələr) və Namik Ələskərov (60-cı dəqiqə) imza atıblar.


"Neftçi”: 94.Rəşad Əzizli, 5.Anton Krivotsyuk, 7.Namik Ələskərov, 8.Emin Mahmudov, 9.Baqali Dabo, 17.Rəhman Hacıyev, 18.Tural Axundov, 22.Mirabdulla Abbasov, 25.Kirilo Petrov (K), 77.Elvin Sərkərov, 93.Soni Mustivar.


Ehtiyat oyunçular: 1.Səlahət Ağayev, 73.Nail Alışov, 4.Rəşad Eyubov, 10.Dario Frederiko, 21.Məhəmməd Mirzəbəyov, 28.Slavko Braliç, 36.Xəlil Bəşirov, 37.Vüsal Əskərov, 51.Elçin Əsədov, 70.Əli Şirinov.


1’ "Neftçi” – "Çelik” oyunu başlandı.


2’ Rəqib komandanın hücumu zamanı Rəşad Əzizli topu tutdu.


4’ Cərimə meydançasına daxil olan Baqali Dabonun ötürməsindən sonra Emin Mahmudovun zərbəsi qapının üstündən keçdi.


14’ QOOOOLLL! Emin Mahmudovun ötürməsindən sonra Baqali Dabo hesabı açdı – 1:0


18’ QOOOOLLL! Cərimə meydançasına daxil olaraq, rəqib müdafiəçini geridə qoyan Baqali Dabonun ötürməsindən sonra Rəhman Hacıyev topu dəqiq zərbə ilə uzaq küncə göndərdi – 2:0


34’ QOOOOLLL! Rəhman Hacıyev penalti zərbəsi ilə fərrqləndi. Baqali Dabonun ötürməsindən sonra rəqib futbolçu Mirabdulla Abbasova qarşı kobudluq etmişdi.


39’ Rəqib futbolçunun zərbəsindən sonra Rəşad Əzizli topu qaytardı.


45’ İlk hissə başa çatdı.


46’ İkinci hissə başlandı. Səlahət Ağayev Rəşad Əzizlini, Rəşad Eyubov isə Rəhman Hacıyevi əvəzləyib.


49’ Baqali Dabo qapıçı ilə təkbətək çıxsa da, fürsəti boşa verdi. Qapıçı topu qaytardı.


55’ Dario Frederiko Mirabdulla Abbasovu əvəzləyir.


60’ QOOOOLLL! Topu cərimə meydançasında qəbul edən Namik Ələskərovun zərbəsindən sonra top qapı dirəyinə dəyərək toru silkələdi.


61’ Slavko Braliç Elvin Sərkərovu, Məhəmməd Mirzəbəyov isə Tural Axundovu əvəzləyir.


70’ Rəqib futbolçu qapıya zərbə endirsə də, Səlahət Ağayev yerindədir.


82’ Vüsal Əskərov Emin Mahmudovu əvəzləyir.


87’ Əli Şirinov Namik Ələskərovu, Xəlil Bəşirov isə Baqali Dabonu əvəzləyir.


88’ Elçin Əsədov Soni Mustivarı əvəzləyir.


90’ Rəqib komanda hesab arasındakı fərqi azaltdı – 4:1


90’ Oyun komandamızın 4:1 hesablı qələbəsi ilə başa çatdı.


Qeyd edək ki, bundan əvvəlki yoxlama oyunlarında Makedoniyanın "Şkupi” və Rumıniyanın "Dunarea Kalarası” klublarını eyni hesabla (2:0) məğlub etmiş "Neftçi”nin iyulun 5-dəki rəqibi "Politexnika” (Rumıniya) olacaq.





 

 

 

 

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000


No To Racism