"Neftçi" təlim-məşq toplanışını qələbə ilə başa vurdu | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

"Neftçi" təlim-məşq toplanışını qələbə ilə başa vurdu

"Neftçi" təlim-məşq toplanışını qələbə ilə başa vurdu

"Neftçi” PFK bu gün Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində sonuncu yoxlama oyununa çıxıb. Komandamız məskunlaşdığı "Fenerbahçe Topuk Yaylası Resort and Sport” otelinin meydanında Rumıniyanın "Politexnika İaşi” klubuna 3:1 hesabı ilə qalib gəlib. Qollara Rəhman Hacıyev (26-cı dəqiqə), Baqali Dabo (64-cü dəqiqə) və Rəşad Eyubov (90-cı dəqiqə) imza atıblar.


"Neftçi”: 1.Səlahət Ağayev, 5.Anton Krivotsyuk, 6.Qoran Paratski, 7.Namik Ələskərov, 9.Baqali Dabo, 10.Dario Frederiko, 15.Ruslan Abışov (K), 17.Rəhman Hacıyev, 21.Məhəmməd Mirzəbəyov, 25.Kirilo Petrov, 93.Soni Mustivar.


Ehtiyat oyunçular: 94.Rəşad Əzizli, 73.Nail Alışov, 4.Rəşad Eyubov, 8.Emin Mahmudov, 18.Tural Axundov, 22.Mirabdulla Abbasov, 28.Slavko Braliç, 36.Xəlil Bəşirov, 37.Vüsal Əskərov, 51.Elçin Əsədov, 70.Əli Şirinov, 77.Elvin Sərkərov.


1’ "Neftçi” – "Politexnika İaşi” oyunu başlandı.


13’ Rəhman Hacıyevin ötürməsi ilə Baqali Dabonun başla zərbəsindən sonra rəqib qapıçı topu tutdu.


16’ Dario Frederiko – Namik Ələskərov – Soni Mustivar "üçlüy”ünün hücumu sonuncunun zərbəsi ilə yekunlaşdı, amma top qapının yanından keçdi.


17’ Rəqib futbolçu qapıya zərbə endirsə də, Səlahət Ağayev yerindədir.


19’ Topun qapı xəttindən çıxmasına son anda imkan verməyən Namik Ələskərov onu Rəhman Hacıyevə ötürdü. Amma Hacıyevin zərbəsini qapıçı qaytardı.


20’ Rəqib qapıçı bu dəfə Ruslan Abışovun cərimə zərbəsindən fərqlənməsinə imkan vermədi.


23’ QOOOOLLL! Rəhman Hacıyev dəqiq zərbə ilə hesabı açdı – 1:0


26’ Rəqib futbolçunun cərimə zərbəsindən ötürülmüş topa başla zərbəsindən sonra top qapı tirinə tuş gəldi.


45’ İlk hissə başa çatdı.


46’ İkinci hissə başlandı.


57’ Rəqib komanda hesabı bərabərləşdirdi – 1:1


62’ Rəhman Hacıyevin yerinə yetirdiyi cərimə zərbəsindən sonra top qapıdan yan keçdi.


63’ Emin Mahmudov Namik Ələskərovu əvəzləyir.


64’ QOOOOLLL! Emin Mahmudovun ötürməsindən sonra Baqali Dabo komandamızı hesabda önə çıxardı – 2:1


68’ Mirabdulla Abbasov Baqali Dabonu əvəzləyir.


70’ Rəşad Əzizli Səlahət Ağayevi, Rəşad Eyubov isə Rəhman Hacıyevi əvəzləyir.


76’ Rəqib futbolçunun başla zərbəsindən sonra Rəşad Əzizli təhlükəni sovuşdurdu.


77’ Tural Axundov Məhəmməd Mirzəbəyovu əvəzləyir.


83’ Slavko Braliç Qoran Paratskini əvəzləyir.


90’ QOOOOLLL! Rəşad Eyubov qapıçı ilə təkbətək çıxaraq, topu onun üzərindən qapıya göndərdi – 3:1


90’ Oyun komandamızın 3:1 hesablı qələbəsi ilə başa çatdı.


Qeyd edək ki, "Neftçi” bundan əvvəlki yoxlama oyunlarında Makedoniyanın "Şkupi” (2:0), Rumıniyanın "Dunarea Kalarası” (2:0) və Bosniya və Herseqovinanın "Çelik” (4:1) klublarını məğlub edib.

 

 

 

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000


No To Racism