Mətbuat konfransı və açıq məşq olacaq | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

Mətbuat konfransı və açıq məşq olacaq

Mətbuat konfransı və açıq məşq olacaq

Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində iyulun 12-si saat 21:00-da "Dalğa Arena”da keçiriləcək "Neftçi” – "Uypeşt” oyunu öncəsi komandamızın baş məşqçisi Roberto Bordinin mətbuat konfransı təşkil olunacaq. Tədbir iyulun 11-də "Dalğa Arena”da keçiriləcək və saat 19:30-da başlanacaq. Konfransdan sonra, saat 20:00-da komandamızın media nümayəndələri üçün açıq (ilk 15 dəqiqəsi) məşqi baş tutacaq.


Həmin gün "Dalğa Arena”da "Uypeşt” klubunun baş məşqçisi Neboyşa Viqneviçin də mətbuat konfransı və komandanın açıq məşqi (ilk 15 dəqiqəsi) olacaq. Konfrans saat 20:30, məşq isə saat 21:00-da başlanacaq.


Tədbirlərdə iştirak etmək istəyən jurnalistlər üçün "Neftçi” PFK tərəfindən avtobus ayrılacaq. Avtobus saat 18:00-da Tofiq Bəhramov adına Respublika stadionunun qarşısından yola düşəcək. Saat 19:00-da isə "Dalğa Arena”nın media üçün ayrılmış iş otağında qeydiyyatdan keçmiş jurnalistlərə oyun üçün akkreditasiyalar təqdim ediləcək.


Əlaqələndirici şəxs Rüstəm Fətəliyev: +994 50 555 19 37
Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000


No To Racism