"Neftçi" "Dalğa Arena"da məşq etdi | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

"Neftçi" "Dalğa Arena"da məşq etdi

Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində iyulun 12-si saat 21:00-da "Dalğa Arena”da Macarıstanın "Uypeşt” klubu qarşılaşacaq "Neftçi” bu gün həmin stadionda axşam məşqinə çıxıb. Bütün futbolçuların iştirak etdiyi məşq texniki-taktiki hazırlığa həsr olunub. Hazırlığa sabah saat 20:00-da "Dalğa Arena”da keçiriləcək və ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olacaq məşqlə yekun vurulacaq. Məşqdən yarım saat əvvəl – 19:30-da isə komandamızın baş məşqçisi Roberto Bordinin mətbuat konfransı təşkil olunacaq.


Xatırladaq ki, tədbirdə iştirak etmək istəyən jurnalistlər üçün "Neftçi” PFK tərəfindən avtobus ayrılacaq. Avtobus saat 18:00-da Tofiq Bəhramov adına Respublika stadionunun qarşısından yola düşəcək. Saat 19:00-da isə "Dalğa Arena”nın media üçün ayrılmış iş otağında qeydiyyatdan keçmiş jurnalistlərə oyun üçün akkreditasiyalar təqdim ediləcək.

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


No To Racism