Roberto Bordin: "Mövsümə çox yaxşı başlamaq istəyirik" | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

Roberto Bordin:

Roberto Bordin: "Mövsümə çox yaxşı başlamaq istəyirik"

Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində iyulun 12-si saat 21:00-da "Dalğa Arena”da keçiriləcək "Neftçi” – "Uypeşt” oyunu öncəsi komandamızın baş məşqçisi Roberto Bordin və kapitan Ruslan Abışovun iştirakı ilə mətbuat konfransı təşkil olunub. "Dalğa Arena”da baş tutan tədbirdə əvvəlcə oyun haqda fikirlərini bildirən italiyalı mütəxəssis sonra jurnalistlərin suallarını cavablandırıb:


"Yeni mövsümün başlanması ilə əlaqədar çox xoşbəxtik. Şadıq ki, ilk matçı Azərbaycanda – azarkeşlərimizin qarşısında keçirəcəyik. Çünki birinci oyun həmişə çox vacibdir. Bilirik ki, rəqib güclü komandadır. Onlar yaxşı hazırlıq keçiblər. Biz də son 1 ayı boş keçirməmişik, yaxşı hazırlaşmışıq. Futbolçular da ilk oyuna hazırdılar. Ona görə mövsümə çox yaxşı başlamaq istəyirik. Hazırda "Sevilya” haqda düşünmürük. Fikrimizi "Uypeşt”lə oyunlara yönəltmişik”.


Ardından Ruslan Abışov fikirlərini açıqlayıb: "Müəyyən aradan sonra ilk oyuna çıxacağıq. Yeni baş məşqçimiz var, yeni oyunçular gəlib. Yaxşı hazırlıq keçmişik. Meydana kim çıxsa. Var gücü ilə oynayacaq. Rəqibimiz Macarıstanın ən köklü klublarından biridir. Buna baxmayaraq, yaxşı nəticə qazanmaq istəyirik. Hər bir futbolçu mərhələni adlayıb, "Sevilya” kimi məşhur komandaya qarşı oynamaq istəyər”.


Konfransdan sonra komandamızın ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olan məşqi baş tutub.

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


THY


Vita1000


No To Racism